Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib. Məlumata görə, o, daha sonra isə həyatına qəsd edib. Qadın bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər həyatını xilas edə biliblər.
Bildirilir ki, uşağın atası Gürcüstan vətəndaşıdır.
Cinayəti törətməkdə şübhəli bilinən qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.