top
İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının
Bu gün, 09:00
- +

İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

"Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:37

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Bütün Xəbərlər
Bu gün, 14:23

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Bu gün, 14:14

"Real Madrid"in sabiq idman diyetoloqunun MÜSAHİBƏSİ - FOTO

Bütün Xəbərlər
Bu gün, 12:59

Sabah Azərbaycanda yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:37

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Bütün Xəbərlər
Bu gün, 12:26

AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb

Bütün Xəbərlər
Bu gün, 11:43

Pezeşkian: "Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir"

Bütün Xəbərlər
Bu gün, 11:24

Ötən il 656 bal toplasa da, yenidən imtahan verdi - SƏBƏB

Bütün Xəbərlər
Bu gün, 10:21

ABŞ ordusu İran gəmisini ələ keçirdi - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:41

Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

Bütün Xəbərlər
18 aprel 2026, 18:00

Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda

Bütün Xəbərlər
18 aprel 2026, 16:03

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib

Bütün Xəbərlər
18 aprel 2026, 15:10

"Valideynlər övladlarını ərköyün böyüdür, müəllimin tərbiyəsinə də mane olurlar" - Deputat

Bütün Xəbərlər
18 aprel 2026, 12:35

Bazar günü Bakıda 24 dərəcə isti olacaq

Bütün Xəbərlər
18 aprel 2026, 10:36

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Bütün Xəbərlər
18 aprel 2026, 09:49

Başlıbel faciəsindən 33 il ötür

Bütün Xəbərlər
18 aprel 2026, 09:38

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

Bütün Xəbərlər
17 aprel 2026, 16:36

Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb

Bütün Xəbərlər
17 aprel 2026, 16:15

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Bütün Xəbərlər
17 aprel 2026, 16:06

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir Prezident İlham Əliyev tədbirdə iştirak ed

Bütün Xəbərlər
17 aprel 2026, 15:07

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
17 aprel 2026, 15:02

"Sən canından bezmisən, mən yox" — Ötmə əməliyyatı davaya çevrildi

Bütün Xəbərlər
17 aprel 2026, 14:07

Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Oxşar xəbərlər