top
Real Madridin sabiq idman diyetoloqunun MÜSAHİBƏSİ - FOTO
Bu gün, 14:14
- +

"Real Madrid"in sabiq idman diyetoloqunun MÜSAHİBƏSİ - FOTO

Bu mövsüm "Real Madrid" üçün çətin keçib, o cümlədən futbolçuların çoxsaylı zədələri səbəbindən. Zədə böhranı klub üçün yeni problem deyil. Hələ 2024-cü ildə vəziyyəti düzəltmək üçün "Real Madrid" rəhbərliyi klinik nutrisoloq və fizioqnomika konsepsiyasının yaradıcısı İtsiar Qonsales de Arriba ilə əməkdaşlığa başlayıb.

Lakin bu əməkdaşlıq mütəxəssisin işdən çıxarılması və ictimai, eləcə də məhkəmə müstəvisində qalmaqalla nəticələnib. Qonsales klubun tibbi heyətini onun işləməsinə mane olan "düşmən" mühit yaratmaqda ittiham edib.

Bu yaxınlarda "Real Madrid"in tibbi xidmət personalının pərdəarxası ilə bağlı yeni ehtimal olunan detallar açıqlanıb. Məşhur idman medialarında madridlilərin həkimlərinin səhvən zədələnmiş deyil, sağlam dizini müayinə etdiyi barədə məlumat yayılıb. Qonsales bu xəbərlərə reaksiya verərək bildirib ki, klub əməkdaşları futbolçulara əlavələrin təyin edilməsi ilə bağlı qərarlar qəbul edərkən "ChatGPT"dən istifadə edirlər. O, həmçinin "Real Madrid"də yaxşı əlaqələri olan səriştəsiz mütəxəssislərin mövcud olduğunu əlavə edib.

Mbappe yanlış diaqnozla bağlı məlumatı təkzib etsə də, daha sonra KİV-də "Kral klubu"nun digər futbolçusu Eduardo Kamavinqanın da oxşar səhvlə üzləşdiyi yazılıb.

"Kral klubu"nun dünya miqyasında populyarlığı hamıya məlumdur. Madrid təmsilçisi ilə bağlı istənilən xəbər dünyanın müxtəlif guşələrində müzakirə olunur, çünki klubun milyonlarla azarkeşi var. Azərbaycan da istisna deyil.

Ölkəmizdə "Real Madrid"in populyarlığını nəzərə alaraq, İdman.Biz əməkdaşları İtsiar Qonsaleslə əlaqə saxlayaraq onunla Madrid klubundakı fəaliyyəti və idmançıların düzgün qidalanması barədə söhbət ediblər.

O, nəşrimizə verdiyi eksklüziv müsahibədə bildirib ki, süni intellekt, o cümlədən "ChatGPT" kimi platformalar idman təbabəti və nutrisologiyada köməkçi vasitə kimi faydalı ola bilər, lakin diaqnoz qoymaq və ya müalicə təyin etmək üçün əsas alət kimi istifadə edilməməlidir.

Onun sözlərinə görə, süni intellektdən böyük həcmdə elmi ədəbiyyatın emalında, ilkin qidalanma planlarının və pəhriz şablonlarının hazırlanmasında istifadə etmək olar. Daha sonra isə mütəxəssis bildirib ki, bu planlamanı konkret pasiyentin klinik göstəricilərinə uyğunlaşdırmaq lazımdır.

Bundan əlavə, bu cür sistemlər pasiyentlər üçün əlçatan məlumat materiallarının hazırlanmasında, eləcə də inzibati və sənədləşmə işlərində istifadə oluna bilər.

"Süni intellekt klinik qərarların qəbulunu əvəz etməməli, onu tamamlamalıdır. Bu alətlər məlumatlarla populyasiya səviyyəsində işləyir və fərdi genom, metabolom və fizioloji mürəkkəbliyi tam şəkildə nəzərə ala bilmir", - deyə mütəxəssis əlavə edib.

İtsiar Qonsales de Arriba bildirib ki, peşəkar futbol klublarında kifayət qədər ixtisaslı olmayan mütəxəssislərin mövcudluğu sənədləşdirilmiş struktur problemdir. Nutrisoloq İngiltərə klublarında aparılmış araşdırmaya istinad edərək tibbi heyətin seçimi sistemində boşluqların olduğunu qeyd edib.

"Bu, yalnız İngiltərəyə aid deyil, bu, bütün dünyada elit futbolda daha geniş tendensiyanı əks etdirir. Müxtəlif sahələrin birgə işləməsi inteqrasiyanın yetərsizliyi – xüsusilə məşqçi, tibbi və diyetoloq heyəti arasında əməkdaşlığın olmaması – elmi ədəbiyyatda peşəkar futbolda təkrar əzələ zədələrinin xeyli artması ilə birbaşa əlaqələndirilir. Mbpappe ilə bağlı hadisə istisna deyil", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu cür hallar keyfiyyətsiz tibbi təcrübəyə yol verən və onu davam etdirən sistemin əlamətidir.

İtsiar Qonsales hesab edir ki, aşağıdakı islahatlar zəruridir: bütün əsas liqalar və federasiyalar üçün tibbi ixtisaslar, o cümlədən dietologiya üzrə kompetensiyalara əsaslanan standartlaşdırılmış kadr seçimi sistemi tətbiq olunmalıdır;

dietologiya, fizioterapiya və idman təbabəti vahid tibbi orqanın bölmələri kimi deyil, aydın tabelik strukturu və qorunan klinik muxtariyyətə malik olmalıdır;

məşq, dərmanlar, əlavələr və zədələr barədə məlumatların bütün mütəxəssislər arasında gündəlik mübadiləsi sabit hesabatlılıqla klubun standart proseduruna çevrilməlidir;

tibbi heyət üçün praktik standartlarla bağlı problemləri karyeraya təhlükə olmadan bildirməyə imkan verən etibarlı və anonim mexanizmlər yaradılmalıdır;

akademik və davamlı təhsilə investisiyalar artırılmalıdır.

"Elit klublarda əsas problem institusional konservatizmin dözümlə qarşılanması, bəzən isə hətta təşviq edilməsidir. Bu konservatizm xarici innovasiyaları üstünlük kimi deyil, təhlükə kimi qəbul edir. Bu dəyişmədikcə, Mbappe ilə bağlı hadisə istisna yox, daha çox nümunə olacaq", – deyə mütəxəssis fikrinin davamında qeyd edib.

İtsiar Qonsales geniş və çoxşaxəli təhsilə, uzunmüddətli klinik təcrübəyə malikdir və elmi fəaliyyətlə məşğul olur. Buna görə də onun idmançılarla işləmək üçün öz konsepsiyasını – fiziogenomikanı yaratması təəccüblü deyil.

Fiziogenomika - fiziologiya və genomikanın vahid, fərdiləşdirilmiş qidalanma və əlavələr sistemində inteqrasiyasıdır. Qonsalesin sözlərinə görə, bu metod praktik müşahidələr əsasında yaranıb və əsas ideya ondan ibarətdir ki, eyni yanaşma bütün idmançılar üçün uyğun deyil.

"Zədələrinin sağalmaz olduğu deyilən idmançılar fərdi genom-qidalanma protokolları sayəsində bərpa olunmağa başlayanda aydın oldu ki, standart "hamı üçün eyni" yanaşma təkcə effektiv deyil, həm də nəticələri məhdudlaşdırır", - deyə o bildirib.

Onun sözlərinə görə, yeni konsepsiya idmançılarla işi tamamilə dəyişib. Fiziogenomikada genetik xüsusiyyətlər, müntəzəm qan və sidik analizləri, real vaxt rejimində məşq yükləri və hər bir idmançının metabolizminə uyğun əlavələrin dəqiq dozası nəzərə alınır.

"Məqsəd yalnız nəticələri optimallaşdırmaq deyil, idmançılara genetik potensiallarının maksimumuna çatmaq imkanı verməkdir. Bu isə standart protokollarla mümkün deyil", - deyə o qeyd edib.

Qonsales bildirir ki, nutrigenomika və onunla bağlı fiziogenomika yanaşması idman qidalanmasının bir çox ənənəvi prinsiplərini şübhə altına alır.

Məsələn, ənənəvi metodlar zülal, yağ və karbohidratların standart nisbətini tövsiyə edir. Onun yanaşmasına görə isə genetik xüsusiyyətlər orqanizmin bu elementləri necə mənimsəməsinə təsir edir və buna görə "ideal" qidalanma sxemi hər kəs üçün fərqlidir. Bu, kofein, D vitamini, omeqa-3 və digər əlavələrə də aiddir.

Adətən "neytral" hesab olunan məhsullara - məsələn, süd məhsulları və ya qlütenə də xüsusi diqqət yetirilir. Qonsalesin sözlərinə görə, genetik meyilli idmançılarda bu məhsullar iltihabi prosesləri gücləndirə, bərpanı ləngidə və zədə riskini artıra bilər.

Mütəxəssis əlavə edib ki, tövsiyələrə əməl olunması təkcə idmançının iradəsindən asılı deyil. Futbolçu anlayanda ki, bu tövsiyələr məhz onun orqanizmi barədə məlumatlara əsaslanır, pəhrizə riayət etmək daha asan və effektiv olur.

"Ciddi institusional maneələrə baxmayaraq - o cümlədən tibbi xidmətlərin sistemli şəkildə maneə törətməsi, futbolçuların analitik məlumatlarına çıxışın məhdudlaşdırılması və qidalanma tövsiyələrinin qəsdən zəiflədilməsi - fiziogenomika bu protokollara əməl edən oyunçularda real nəticələr verib", - deyə Qonsales bildirib.

O qeyd edib ki, ilk nəzərəçarpan effekt komandanın bufetinin ilkin təhlili mərhələsində görünməyə başlayıb. Qidalanmadan emal olunmuş məhsullar, rafinə edilmiş şəkər, şirniyyat, süd məhsulları, qızardılmış yeməklər, kolbasa məmulatları, qazlı içkilər və şirələrin çıxarılması təklif olunub. Onun sözlərinə görə, bu məhsullar iltihabı artırır, enerji ehtiyatlarının bərpasına mane olur, əzələlərin bərpasını ləngidir və zədə riskini yüksəldir.

"Bu dəyişikliklərə oyunçuların reaksiyası müsbət oldu, baxmayaraq ki, institusional müqavimət onların tam tətbiqinə mane olurdu", - deyə o bildirib.

Qonsales "Real Madrid"ə təyin olunmazdan əvvəl şəxsi təcrübəsindən də bir nümunə çəkib: "La Liqa-da çıxış edən peşəkar futbolçu klubun tibbi heyəti tərəfindən sağalmaz zədə ilə bağlı ictimai şəkildə tanınmışdı. Fərdiləşdirilmiş fiziogenomika protokolu sayəsində o, bərpa olundu və yenidən meydanlara qayıtdı. Futbolçu bunu açıq şəkildə təsdiqlədi. Bu isə klub həkiminin təhdidlərinə səbəb olsa da, yanaşmanın effektivliyini sübut etdi".

İtsiar Qonsales qeyd edib ki, fiziogenomika idman elminin hələ də standart yanaşmalara əsaslandığı regionlar üçün transformasiya potensialına malikdir. O, bu konsepsiyanın tətbiqi ilə Azərbaycan idmanı üçün də bir sıra üstünlüklər görür.

Birincisi, onun sözlərinə görə, fərdiləşdirilmiş qidalanma və əlavələr iltihabi yükü azaldır, zədələrin sayını və bərpa müddətini azaldır, həmçinin idmançının karyerasını uzadır.

"Bu regionlarda idmançılar, məşq səviyyəsindən asılı olmayaraq, hazırda onların genetik xüsusiyyətlərinə uyğun gəlməyə bilən standart qidalanma protokolları ilə məhdudlaşırlar - xüsusilə kofein, omeqa-3, D vitamini və dəmirin mənimsənilməsi məsələlərində", - deyə o izah edib.

Mütəxəssis bildirib ki, bu konsepsiyaya keçid mərhələli olmalıdır, çünki baza infrastrukturu olmadan yeni yanaşma uğursuz olacaq.

O, inteqrasiyanın aşağıdakı ardıcıllığını tövsiyə edib. İlk mərhələdə əsas sağlamlıq göstəricilərinin (ferritin, 25-OH D vitamini, CRP, lipid profili, metabolik markerlər) daimi monitorinqi aparılmalıdır. Onun sözlərinə görə, bu belə oyunçuların vəziyyətinə adi nəzarətlə müqayisədə böyük addımdır.

Növbəti mərhələ komandanın yeməkxanasında aparılmalı olan dəyişikliklərdi. Menyudan iltihabı artıran məhsullar çıxarılır və rasion elmi əsaslarla qurulur. Daha sonra fərdi əlavələrin seçilməsi üçün fiziki performansla bağlı əsas genetik markerlər üzrə nutrigenetik testlər tətbiq edilir. Bundan sonra isə fiziogenomikaya tam keçid həyata keçirilir.

"Ən vacib məqam ondan ibarətdir ki, artıq çalışan tibbi və idman elmi mütəxəssislərinin təhsili seçim deyil, dəyişikliklərin sürətini müəyyən edən əsas faktordur, sistemə uyğunlaşmış mütəxəssislərin müqaviməti əsas maneədir və bu, Avropanın elit klublarında da təsdiqlənir" - deyə o xəbərdarlıq edib.

Nümunə kimi o, komanda idman təbabəti sahəsində təhsil proqramlarını, o cümlədən "Barça Innovation Hub" təşəbbüslərini göstərib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:37

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Bütün Xəbərlər
Bu gün, 14:23

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Bu gün, 12:59

Sabah Azərbaycanda yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:37

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Bütün Xəbərlər
Bu gün, 12:26

AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb

Bütün Xəbərlər
Bu gün, 11:43

Pezeşkian: "Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir"

Bütün Xəbərlər
Bu gün, 11:24

Ötən il 656 bal toplasa da, yenidən imtahan verdi - SƏBƏB

Bütün Xəbərlər
Bu gün, 10:21

ABŞ ordusu İran gəmisini ələ keçirdi - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:41

Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

Bütün Xəbərlər
Bu gün, 09:00

İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının

Bütün Xəbərlər
18 aprel 2026, 18:00

Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda

Bütün Xəbərlər
18 aprel 2026, 16:03

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib

Bütün Xəbərlər
18 aprel 2026, 15:10

"Valideynlər övladlarını ərköyün böyüdür, müəllimin tərbiyəsinə də mane olurlar" - Deputat

Bütün Xəbərlər
18 aprel 2026, 12:35

Bazar günü Bakıda 24 dərəcə isti olacaq

Bütün Xəbərlər
18 aprel 2026, 10:36

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Bütün Xəbərlər
18 aprel 2026, 09:49

Başlıbel faciəsindən 33 il ötür

Bütün Xəbərlər
18 aprel 2026, 09:38

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib

Bütün Xəbərlər
17 aprel 2026, 16:36

Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb

Bütün Xəbərlər
17 aprel 2026, 16:15

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Bütün Xəbərlər
17 aprel 2026, 16:06

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir Prezident İlham Əliyev tədbirdə iştirak ed

Bütün Xəbərlər
17 aprel 2026, 15:07

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
17 aprel 2026, 15:02

"Sən canından bezmisən, mən yox" — Ötmə əməliyyatı davaya çevrildi

Bütün Xəbərlər
17 aprel 2026, 14:07

Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Oxşar xəbərlər