top
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
20 aprel 2026, 15:37
- +

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Bu barədə İnsanoid.com Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.

Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.

Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.

Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.

Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin Spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.

Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:09

Vladimir Solovyov Corcia Meloni ilə bağlı təqhiramiz ifadələr işlədib - sonra Meloni paylaşım edib

Bütün Xəbərlər
Bu gün, 11:46

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:19

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bütün Xəbərlər
Bu gün, 11:05

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Bu gün, 10:45

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Bütün Xəbərlər
Bu gün, 10:28

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bütün Xəbərlər
Bu gün, 09:00

Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb

Bütün Xəbərlər
Dünən, 16:02

Maşınların sığorta qiymətləri dəyişdi — Mərkəzi bankdan yeni qərar

Bütün Xəbərlər
Dünən, 15:30

"Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxarır? - Klubdan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 13:25

Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır

Bütün Xəbərlər
Dünən, 12:44

Sabahın havası açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:41

"Neftçi" hakim səhvinə görə 26 200 manat cərimələnib

Bütün Xəbərlər
Dünən, 12:37

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

Bütün Xəbərlər
Dünən, 12:07

"Qarabağ" və "Sabah" klubları azarkeşlərə görə hərəyə 5000 manat ziyana düşüb

Bütün Xəbərlər
Dünən, 09:04

ABŞ Prezidenti: "İranın nüvə silahı olmayacaq"

Bütün Xəbərlər
20 aprel 2026, 14:23

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Bütün Xəbərlər
20 aprel 2026, 14:14

"Real Madrid"in sabiq idman diyetoloqunun MÜSAHİBƏSİ - FOTO

Bütün Xəbərlər
20 aprel 2026, 12:59

Sabah Azərbaycanda yağış yağacaq

Bütün Xəbərlər
20 aprel 2026, 12:37

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Bütün Xəbərlər
20 aprel 2026, 12:26

AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb

Bütün Xəbərlər
20 aprel 2026, 11:43

Pezeşkian: "Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir"

Bütün Xəbərlər
20 aprel 2026, 11:24

Ötən il 656 bal toplasa da, yenidən imtahan verdi - SƏBƏB

Bütün Xəbərlər
20 aprel 2026, 10:21

ABŞ ordusu İran gəmisini ələ keçirdi - VİDEO

Oxşar xəbərlər