Bakı şəhərində sərnişin sıxlığının azaldılması məqsədilə bir sıra marşrut xətlərinə əlavə avtobuslar buraxılıb.
Bu barədə Oxu.az "BakuBus" MMC-yə istinadən xəbər verir.
Qeyd olunub ki, 22 aprel 2026-cı il tarixində sərnişin axınının tənzimlənməsi üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri xəttə çıxarılıb:
Belə ki, 500 saylı marşrut üzrə 3 avtobus ayrılıb. Onlardan ikisi "Elmlər" - "Nizami" - "28 May" - "Koroğlu" - "Neftçilər", biri isə "28 May" - "Koroğlu" - "Əhmədli" - "Ukrayna dairəsi" istiqamətində fəaliyyət göstərir.
503 saylı marşrut üzrə 2 avtobus "Elmlər" - "Nizami" - "28 May" - "Koroğlu" xətti üzrə xidmətə cəlb olunub.
508 saylı marşrut üzrə 1 avtobus "Elmlər" - "28 May" - "Koroğlu" - "Neftçilər" istiqamətində hərəkət edir.
140 saylı marşrut üzrə 2 avtobusdan biri "Koroğlu" - "28 May" istiqamətində fəaliyyət göstərir.
150 saylı marşrut üzrə 2 avtobus "Koroğlu" - "28 May" xətti üzrə sərnişin daşınmasını həyata keçirir.
141E saylı marşrut üzrə 1 avtobus "Koroğlu" - "28 May" istiqamətində xəttə buraxılıb.
49 saylı marşrut üzrə 3 avtobus "Ukrayna dairəsi" - "28 May" istiqamətində (Heydər Əliyev prospekti ilə) fəaliyyət göstərir.
46 saylı marşrut üzrə 3 avtobus ayrılıb. Onlardan biri Əhmədli - Günəşli, ikisi isə Əhmədli - "28 May" (8 Noyabr prospekti ilə) istiqamətində hərəkət edir.
62 saylı marşrut üzrə 3 avtobusdan biri Əhmədli - Tusi, ikisi isə "Koroğlu" - Sadıqcan xətti üzrə fəaliyyət göstərir.
11 saylı marşrut üzrə 2 avtobus "Koroğlu" - Sadıqcan istiqamətində sərnişinlərə xidmət edir.
2 saylı marşrut üzrə 2 avtobus Avtovağzal istiqamətində 13 saylı marşruta dəstək məqsədilə xəttə çıxarılıb.
139 saylı marşrut üzrə 1 avtobus 13 saylı marşruta "Koroğlu" istiqamətində kömək üçün ayrılıb.
163 saylı marşrut üzrə 1 avtobus isə 7B saylı marşruta "Koroğlu" istiqamətində dəstək göstərir.
3 saylı marşrut üzrə 2 avtobus "Elmlər" - Badamdar istiqamətində fəaliyyət göstərir.