top
Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün, 11:05
- +

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu barədə İnsanoid.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:41

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Bütün Xəbərlər
Bu gün, 12:09

Vladimir Solovyov Corcia Meloni ilə bağlı təqhiramiz ifadələr işlədib - sonra Meloni paylaşım edib

Bütün Xəbərlər
Bu gün, 11:46

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:19

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bütün Xəbərlər
Bu gün, 10:45

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Bütün Xəbərlər
Bu gün, 10:28

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bütün Xəbərlər
Bu gün, 09:00

Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb

Bütün Xəbərlər
Dünən, 16:02

Maşınların sığorta qiymətləri dəyişdi — Mərkəzi bankdan yeni qərar

Bütün Xəbərlər
Dünən, 15:30

"Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxarır? - Klubdan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 13:25

Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır

Bütün Xəbərlər
Dünən, 12:44

Sabahın havası açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:41

"Neftçi" hakim səhvinə görə 26 200 manat cərimələnib

Bütün Xəbərlər
Dünən, 12:37

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

Bütün Xəbərlər
Dünən, 12:07

"Qarabağ" və "Sabah" klubları azarkeşlərə görə hərəyə 5000 manat ziyana düşüb

Bütün Xəbərlər
Dünən, 09:04

ABŞ Prezidenti: "İranın nüvə silahı olmayacaq"

Bütün Xəbərlər
20 aprel 2026, 15:37

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Bütün Xəbərlər
20 aprel 2026, 14:23

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Bütün Xəbərlər
20 aprel 2026, 14:14

"Real Madrid"in sabiq idman diyetoloqunun MÜSAHİBƏSİ - FOTO

Bütün Xəbərlər
20 aprel 2026, 12:59

Sabah Azərbaycanda yağış yağacaq

Bütün Xəbərlər
20 aprel 2026, 12:37

"İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı

Bütün Xəbərlər
20 aprel 2026, 12:26

AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb

Bütün Xəbərlər
20 aprel 2026, 11:43

Pezeşkian: "Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir"

Bütün Xəbərlər
20 aprel 2026, 11:24

Ötən il 656 bal toplasa da, yenidən imtahan verdi - SƏBƏB

Oxşar xəbərlər