top
Prezident İlham Əliyev SABAH.city innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Bu gün, 10:52
- +

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "ASAN xidmət"in "Süni İntellekt Assistent" layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

"ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

"Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

"SABAH.city" innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı "kovorkinq" (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. "SABAH.city" bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:35

Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün Xəbərlər
Bu gün, 11:54

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

Bütün Xəbərlər
Bu gün, 10:41

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:51

BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:36

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:07

Sabah 31 dərəcə isti olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:06

Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir

Bütün Xəbərlər
11 sentyabr 2026, 12:56

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:59

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:13

AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:56

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:49

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Bütün Xəbərlər
11 sentyabr 2026, 09:50

Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:06

4 rayonda su təminatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:03

Qoruq ərazilərində minatəmizləmə zamanı aşkar edilən tarixi abidələrin mühafizəsi qaydası müəyyənləşib

Bütün Xəbərlər
10 sentyabr 2026, 16:16

Buraxılış imtahanlarının proqramları açıqlanıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:25

Sərhəddə yeni nəzarət məntəqələri qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:19

Naxçıvanda dabaqdan azad zona yaradılacaq, heyvanların vaxtsız kəsiminə nəzarət olunacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:59

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:45

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:38

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:30

XİN: Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Oxşar xəbərlər