top
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
Bu gün, 11:54
- +

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər.

İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə qəbul olunub.

Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı oxuyub.

Dini liderlərin Azərbaycan Prezidentinə müraciətində deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən, Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti - 7-ci Görüşünün iştirakçıları adından bu tədbirin yüksək səviyyədə təşkilinə ali diqqət və himayə göstərdiyinizə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildiririk. Həmçinin 7-ci Görüş çərçivəsində görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın həmtəşkilatçıları - Azərbaycan Milli Elmlər Akademiyası, Müsəlman Ağsaqqallar Şurası, İSESCO və İRSİCA nümayəndələrinin, 40-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 18 beynəlxalq təşkilat və mərkəzlərin 200-ə yaxın nümayəndələri və digər mötəbər qonaqların təşəkkürlərini Sizə ünvanlamaqdan böyük şərəf duyuruq.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada ksenofobiya, islamofobiya, separatçılıq, dindən sui-istifadə halları kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır. TDT müsəlman dini liderlərinin görüşləri bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə tədbirlərin davamlı keçirilməsi olduqca aktual və zəruridir. Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət rəhbərləri tərəfindən sülh və əməkdaşlıq naminə qlobal təşəbbüslərə, milli-mənəvi irsin qorunması sahəsinə hərtərəfli dəstək verilməsini yüksək dəyərləndiririk.

Belə görüş və tədbirlərdə bizim əsas vəzifələrimiz sırasında mədəni-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətlər, gənclərin maarifləndirməsi, ortaq tariximizin gələcək nəsillərə çatdırılmasının təmin edilməsi mühüm yer tutur. Bu mənada İslamdaxili dialoq müstəvisində təşviq edilən Azərbaycanın məzhəblərarası anlaşma modeli xüsusi əhəmiyyət daşıyır. Müasir dönəmdə çox aktual olan məzhəblərarası anlaşmanı ehtiva edən mötədil İslam nəzəriyyəsinin daha geniş miqyasda dünyaya tanıdılması Türk dünyasının elmi, ictimai və dini mühiti üçün son dərəcə önəmlidir. Bizim coğrafiyamızda yetişən, İslam aləmində möhtəşəm nüfuza malik olan üləmalardan Türkiyədə Mövlanə Rumi, Qazaxıstanda Əhməd Yəsəvi, Özbəkistanda Bəhaəddin Nəqşibəndi və Maturidi, Qırğızıstanda Siracuddin əl-Oşi kimi mütəfəkkirlərə həsr olunan Beynəlxalq Konfransların ardınca mənəvi ustadımız Seyyid Yəhya Bakuvi Şirvaninin layiqincə təqdim olunması Azərbaycanın mənəvi mədəniyyətinin yüksək nümunəsidir.

Biz Zati-alilərinizin insan qardaşlığı yönündə səylərinizi yüksək dəyərləndirir, irqi və dini dözümsüzlük, ksenofobiya və İslamofobiya hallarına qarşı qətiyyətli mövqeyinizi hər zaman dəstəkləyirik. Sizin siyasi iradəniz sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanına çevrilmişdir və multikultural mədəniyyətin örnək modeli kimi tanınaraq təbliğ edilir. Cənabınızın dinlər və sivilizasiyalararası əməkdaşlıq müstəvisinə dövlət səviyyəsində dəstək və himayəsi bizi davamlı fəaliyyətlərə ruhlandırır. Zati-alilərinizin tövsiyəsi ilə yaranan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərlərinin Şurası olaraq biz, müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının mənəvi müstəvidə təbliği və təşviqini, dünya miqyasında dini liderlərə və beynəlxalq ictimaiyyətə çatdırılmasını şərəfli vəzifə kimi qarşımıza qoymuşuq. Şükürlər olsun, dövlət rəhbərlərimizin müdrik fikir və tövsiyələrindən faydalanaraq, məsləhətlərinizlə yeni dəyərli layihə və tədbirlərə ruhlanırıq.

Biz fəxr edirik ki, bu gün Azərbaycan sizin rəhbərliyinizlə öz tarixinin yeni dönəmini – Zəfər salnaməsinin növbəti mərhələsini yaşayır. Dünya ictimaiyyəti Azərbaycanın liderinin siyasi qüdrətinin və sarsılmaz xalq-dövlət birliyinin şahididir. Şuşanın mədəniyyət mərkəzi elan edilməsi, müttəfiqlik sazişlərinin bağlanması, işğaldan sonra qısa zaman içərisində Qarabağ bölgəsinin yenidən qurulması, əzəli dədə-baba torpaqlarına Böyük Qayıdış, minarələrdən ucalan azan səsləri – bunların hamısı Zati-alilərinizin uzaqgörən siyasəti və dəmir iradəsinin bəhrəsidir. 2022-ci ildə bizim qürur mənbəyimiz olan Şuşada Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderlər Şurasının Nizamnaməsinin imzalanması mənəvi həmrəyliyimizin bariz nümunəsidir. Özəlliklə, TDT üzvləri – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi qismində Türkmənistan dövlət rəhbərlərinin qarşılıqlı ziyarətləri, Qarabağda qardaş hədiyyəsi olaraq inşa edilən məktəb və məscidlər xalqlarımız, dindarlarımız tərəfindən xüsusi rəğbət və minnətdarlıqla qarşılanır.

Zati-aliləri! Dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə dəyərli əməli töhfələrinizə, Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünə və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın təşkilinə ali himayənizə görə dərin minnətdarlığımızı ifadə etməkdən şərəf duyur, bəşəri əhəmiyyətli fəaliyyətinizə uğurlar diləyirik. Biz əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaqdır, İnşallah. Ulu Rəbbimiz Zati-alilərinizi hər zaman müzəffər qərar versin, daima yardımçınız olsun! Amin!"

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:35

Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün Xəbərlər
Bu gün, 10:52

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 10:41

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:51

BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:36

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:07

Sabah 31 dərəcə isti olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 13:06

Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir

Bütün Xəbərlər
11 sentyabr 2026, 12:56

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:59

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Bütün Xəbərlər
11 sentyabr 2026, 11:13

AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:56

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Bütün Xəbərlər
11 sentyabr 2026, 10:49

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Bütün Xəbərlər
11 sentyabr 2026, 09:50

Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:06

4 rayonda su təminatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 17:03

Qoruq ərazilərində minatəmizləmə zamanı aşkar edilən tarixi abidələrin mühafizəsi qaydası müəyyənləşib

Bütün Xəbərlər
10 sentyabr 2026, 16:16

Buraxılış imtahanlarının proqramları açıqlanıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:25

Sərhəddə yeni nəzarət məntəqələri qurulacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 15:19

Naxçıvanda dabaqdan azad zona yaradılacaq, heyvanların vaxtsız kəsiminə nəzarət olunacaq

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:59

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:45

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
10 sentyabr 2026, 14:38

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:30

XİN: Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Bütün Xəbərlər
10 sentyabr 2026, 13:16

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:43

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:33

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var

Bütün Xəbərlər
10 sentyabr 2026, 12:06

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Bütün Xəbərlər
10 sentyabr 2026, 11:23

Azərbaycanda büdcədənkənar vəsaitlərin bir hissəsi büdcəyə köçürüləcək

Bütün Xəbərlər
10 sentyabr 2026, 10:07

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Bütün Xəbərlər
10 sentyabr 2026, 09:56

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Bütün Xəbərlər
10 sentyabr 2026, 09:33

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb

Oxşar xəbərlər