top
Prezident İlham Əliyev Global Infrastructure Partners şirkətinin rəhbərini qəbul edib
Bu gün, 12:31
- ↺ +

Prezident İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlandı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və "Global Infrastructure Partners" (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edildi, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulandı. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru "Italo"ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olundu.

Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və "BlackRock" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunuldu. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulandı.

Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan "BlackRock"un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. "Global Infrastructure Partners"in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:24

BMT zalında təmirə ehtiyacı olan kreslolar

Bütün Xəbərlər
Bu gün, 12:16

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 12:07

Prezident İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib

Bütün Xəbərlər
Bu gün, 11:48

Prezident İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:25

Yerəvan və Bakı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər

Bütün Xəbərlər
Bu gün, 11:22

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:18

Dövlət qulluqçularının xidməti fəaliyyəti 9 səriştə üzrə qiymətləndiriləcək

Bütün Xəbərlər
Bu gün, 11:16

Xaricdə təhsil almış şəxs müsabiqədənkənar yalnız bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə biləcək

Bütün Xəbərlər
Bu gün, 11:14

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün Xəbərlər
Bu gün, 11:06

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün Xəbərlər
Bu gün, 11:03

Azərbaycanlılar Qazaxıstanda faciə yerinə gələrək xilasedicilərə dəstək olublar - VİDEO

Bütün Xəbərlər
Bu gün, 10:58

Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı

Bütün Xəbərlər
Bu gün, 10:51

Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - ARAŞDIRMA

Bütün Xəbərlər
Bu gün, 10:37

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 17:30

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər

Bütün Xəbərlər
Dünən, 17:11

Bank kartları ilə bağlı qadağa

Bütün Xəbərlər
Dünən, 16:46

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün Xəbərlər
Dünən, 16:40

Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Dünən, 16:24

"El içində biabır olarıq" deyərək yenidoğulan nəvəsini öldürən nənə: "Çox peşmanam" - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 15:11

Bağlanan institutun tələbələri hara köçürüləcək?

Bütün Xəbərlər
Dünən, 14:56

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 13:06

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:49

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Oxşar xəbərlər