Mayor Rövşən Nağıyev vəfat edib. İnsanoid bu haqda 30 iyun tarixində xəbər verir.
Hadisə bu gün Bakıda baş verib. Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabitin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Rövşən Nağıyev Ordubadın Dəstə kəndindəndir. O, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.