Azərbaycanda “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilib. İnsanoid bu barədə 30 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən Naftalanın Qaşaltıqaraqoyunlu kəndində yerli sakin İ. İsgəndərovun kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə bitkisi tapılıb.
Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları isə Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş 5 tondan artıq çəkidə 20196 ədəd çətənə kolunu məhv ediblər.
Həmçinin Zaqatalanın Dardoqqaz kəndi ərazisində 1.4 hektar sahədə yabanı halda bitmiş 1,6 tondan artıq çəkidə 2708 ədəd, Göyçayın Mirzəhüseynli kəndi ərazisində 90 kv.m sahədə 1 ton 350 kiloqram çəkidə 1927 ədəd və Xocavəndin Şexer kəndində 2 hektar sahədə 1,6 tondan artıq çəkidə 2872 ədəd yabanı çətənə kolu aşkarlanıb.