UFC-nin sabiq döyüşçüsü Həbib Nurməhəmmədov Federal Vergi Xidmətinə (FTS) olan borclarını ödəyib. Bu barədə 15 avqust tarixində Report məlumat verib.
İdmançı borclarını bağlamaq üçün 302 milyon rubldan keçməli olub.
Bu ayın əvvəllərində məhkəmə UFC-nin keçmiş çempionunun 79 milyonluq əmlakını müsadirə edib.
Qeyd edək ki, H.Nurməhəmmədov karyerası ərzində keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. O, 2020-ci ilin oktyabrında yüngül çəkidə UFC çempionu kimi karyerasını bitirib.