"Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilmiş xeyriyyə matçından əldə olunmuş vəsait bəlli olub. Bu barədə İnsanoid bu gün, 9 iyun tarixində xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.
Məbləğ ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.
Bu, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.