“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli Fərmanı ilə 200 hektarlıq ərazidə yerləşdirilib”. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarə heyətinin sədr müavini Elkiyar Ziyadov deyib. Bu barədə 6 may tarixində APA məlumat verib.
Onun sözlərinə görə, müəssisələrdə çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi və s. quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb.
Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.