Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25% bəndi artırılaraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul edib. Bu barədə 29 mart tarixində Mərkəzi Bank məlumat verib.
Faiz dəhlizinin aşağı həddi 0,25% bəndi artırılaraq 6,75%-dən 7%-ə, yuxarı həddi isə 0,25% bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb.
"Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə Mərkəzi Bank bəyan edib.
Yeni uçot dərəcəsi martın 30-dan qüvvəyə minir.