Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15% gömrük rüsumundan azad edilir. Bu barədə 18 aprel tarixində APA məlumat verib.
Bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.