Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 365,7 min vahid artaraq bu il iyunun 1-nə 1 767 600-ə çatıb.
Bu barədə 9 iyun tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 318,1 min vahid artaraq 858 minə yaxın olub.
"Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd olunub.