İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında yazıb.
Nazirin sözlərinə görə, kredit "Fədək-Azərbaycan" MMC-yə ayrılıb.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Fədək-Azərbaycan MMC-yə Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min ₼ #güzəştlikredit verilib.#EconomyAz #SİF pic.twitter.com/Hvu20UIqwl
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 3, 2023