Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatının həcmi 632 min barel olub. Bu barədə 13 aprel tarixində Energetika Nazirliyi bildirib.
Məlumata görə, bunun 515 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
“OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.