2023-cü ilin yanvar-iyul aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11,231 milyard manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% çoxdur.
Bu barədə 8 avqust tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19% artıb.
Ödənilən vergilərin 45,1%-i neft-qaz sektorunun, 54,9%-i qeyri-neft-qaz sektorunun payına düşüb.