Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8% artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
Bunu nazir Mikayıl Cabbarov 6 aprel tarixində "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4% çoxdur.
"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - deyə nazir qeyd edib.
2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə #vergidaxiolmaları-nın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. ₼ təşkil edib. Bu müddətdə #qeyrineftqaz sektorundan #vergi daxilolmaları ötən ilin eyni… pic.twitter.com/frRTkWvCZn
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 6, 2023