Bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 10,2 milyon ton, ixracı isə 8,5 milyon ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov Twitter-də bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 2,6% artımla hasil edilmiş 16,2 milyard kubmetr təbii qazın isə 8,4 milyard kubmetri ixrac olunub.
Hazırda Azərbaycandan Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə "Azəri - Çıraq - Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Yanvar-aprel aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 10.2 mln. ton, ixracı isə 8.5 mln. ton olub. Bu dövrdə 2.6% artımla hasil edilmiş 16.2 mlrd.m3 qazın 8.4 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/rKOeiAx9E9
— Parviz Shahbazov (@ParvizShahbazov) May 12, 2023