“Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb. Bu barədə APA 4 iyul tarixində xəbər verib.
Şirkət "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.
"Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olub və şirkətin S.Talıbova məxsus olduğu bildirilib.
"Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.