Bu ilin may ayında "Bakı Metropoliteni" QSC-dən 566 min 346 nəfəri ödənişsiz olmaqla 20 milyon 48 min 294 nəfər sərnişin istifadə edib. Bu barədə Report 9 iyun tarixində xəbər verib.
Ötən ay gün ərzində orta hesabla 646 min 719 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin mayın 1-də (779 min 124 nəfər), ən az sərnişin isə mayın 14-də (349 min 78 nəfər) daşınıb.
Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər - 2019-cu ilin eyni dövrünə nəzərən 6,4 % az, ötən 2022-ci ilin may ayına nisbətən isə 10,7 % çox sərnişin metrodan istifadə edib.
2023-cü ilin 5 ayında isə metro 96 milyon 784 min 143 nəfər sərnişin daşıyıb.
Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 12,4 % çoxdur.