Bu ilin I rübündə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7,7 milyon ton, ixracı isə 6,4 milyon ton olub.
Bunu 11 aprel tarixində energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, bu dövrdə 3% artımla hasil edilmiş 12,2 milyard kubmetr qazın 6,5 milyard kubmetri ixrac olunub.
I rübdə operativ məlumatlara əsasən neft-kondensat hasilatı 7.7 mln. ton, ixracı isə 6.4 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 12.2 mlrd.m3 qazın 6.5 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/3SvNTTQJ9D
— Parviz Shahbazov (@ParvizShahbazov) April 11, 2023