Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb. Bu barədə İnsanoid Mədəniyyət Nazirliyinə istinadən bu gün, 6 sentyabr tarixində məlumat verir.
Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir.
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub.
Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələri, fotolar, kitablar, təsviri incəsənət nümunələri numayiş olunur.
Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq.
Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün keçirilən Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır.
Nazir Adil Kərimli Çin Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Adminstrasiyasının rəhbəri Li Çun ilə görüşüb.