2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd avtomobil idxal olunub. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin 14 aprel tarixli hesabatında əks olunub.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21,6% və ya 3 697 ədəd artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə və ya 338 ədəd artıb.