Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib. Bu barədə 31 mart tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Agentlik əməkdaşları Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kiloqram ərzaqlıq kartof məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb.