Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Bu barədə 4 aprel tarixində Agentlik məlumat verib.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Qurman Plyus” MMC-yə məxsus 15,8 ton müxtəlif növ ət və süd məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 22,54 ton müxtəlif növ qida məhsulu tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.