İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biznes təmsilçisi Əvəz Əliyevə istixana fəaliyyətinin genişləndirilməsi layihəsi üzrə 150 min manat güzəştli kredit verib.
Bunu nazir Mikayıl Cabbarov Twitter-də bildirib.
Onun sözlərinə görə, layihə Salyan rayonunda icra olunacaq.
Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) #biznes təmsilçisi Əvəz Əliyevə istixana fəaliyyətinin genişləndirilməsi layihəsi üzrə 150 min ₼ #güzəştlikredit verilib. Layihə Salyan rayonunda icra olunacaq.#EconomyAz #SİF pic.twitter.com/W4rYdBwcQl
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 15, 2023