İqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın Baş naziri Fadil Novaliçlə görüşüb. Bu barədə 12 aprel tarixində Report məlumat verib.
Bunu nazir "Twitter" hesabında bildirib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işgüzar səfərdəyik. Baş nazir Fadil Novaliç ilə görüşdə iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (@azpresident) tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşdə Azərbaycan – Bosniya və Herseqovina ikitərəfli #iqtisadi… pic.twitter.com/FAWqJ7BOAu
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 12, 2023