Naxçıvan şəhərində Azərbaycan - Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilir. Bu barədə Report 29 sentyabr tarixində xəbər verir.
Tədbirdə dövlət rəsmiləri, xarici qonaqlar, iş adamları iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.