Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bu barədə İnsanoid iqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən bu gün, 1 sentyabr tarixində xəbər verir.
Nazirin X sosial şəbəkəsindəki paylaşımında deyilir:
"Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik".
Hazırda Azərbaycanın Çində Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərində dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir.