İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
Qeyd olunub ki, 250-dən artıq iş yerinin yaradılması planlaşdırılır.
"Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Burada investisiya kapitalı 66 milyondan çox olan 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Parka 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib", - deyə o qeyd edib.
The activity of Pirallahi #IndustrialPark contributes significantly to the development of the #pharmaceutical industry, ensuring the availability of medicines to the population, and fostering employment opportunities. Currently, six business entities have been granted residency… pic.twitter.com/j8Kt4wmkJ4
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 31, 2023