Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlə rəsmi olaraq sistemə keçən təbii qazın sayəsində may ayında qaz kommunal borclarının silinəcəyi açıqlanıb. Bu barədə İnsanoid bu gün, 21 aprel tarixində xəbər verir.
Türkiyədə Qara dəniz təbii qazının əhaliyə verilişindən sonra mətbəxdə istifadə olunan təbii qaza və 25 kubmetrə uyğun gələn isti su sərfiyyatına görə 12 ay müddətində ödəniş alınmayacaq. Alınan qərarın 1 il ərzində 1560 TL(136 manat), ayda isə 130 TL(11 manat) endirim kimi fakturalarda əks olunacağı gözlənilir.
2020-ci ildə Zonguldakdan 170 kilometr aralıda kəşf edilən və dənizin 2200 metr dərinliyindəki Dəniz Dibi İstehsalat Müəssisəsində boru kəmərləri ilə 30 saatlıq yol keçdikdən sonra Sakarya Qaz Sahəsi Quru Qurumuna çatan Qara dəniz qazının rəsmi olaraq sistemə ötürülməsinə başlanıb.
Hər il təxminən 60 milyard kubmetr qaz idxal edən Türkiyə üçün böyük əhəmiyyət kəsb edən Qara dəniz qazı may ayında evlərə veriləcək.
Mənzildə 35 illik ehtiyacı ödəmək üçün kifayət qədər böyük olan qaz yatağının bütün faza 1-i sentyabr ayında istifadəyə veriləcək.