Qırğızıstan yaxın vaxtlarda ölkə daxilində milli valyutanın (Qırğız somu) çapına başlayacaq. Bu barədə Report 9 iyun tarixində xəbər verib.
Ölkə Prezidenti Sadır Japarov milli valyutanın dövriyyəyə buraxılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib ki, Qırğızıstan öz milli valyutasını dövriyyəyə buraxan ilk keçmiş İttifaq dövlətlərindən biri olub.
Fevralda o, milli valyutanın çapı üçün lazımi avadanlıqların artıq alındığını bildirmişdi.