Qazax rayonunda "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində "KOB dostu" fəaliyyətə başlayıb.
Bu barədə 9 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov twitter hesabında paylaşım edib.
O, burada idxal-ixrac əməliyyatları və gömrük prosedurları barədə informasiya və məsləhət veriləcəyini, hüquqi yardım göstəriləcəyini bildirib.
“Bu, gömrükdə Bakıdan sonra "KOB dostu"nun sayca 2-ci xidmət pəncərəsidir”, - sədr yazıb.
Qazaxda "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində #KOBDostu fəaliyyətə başladı. Burada idxal-ixrac əməliyyatları və gömrük prosedurları barədə informasiya, məsləhət və hüquqi yardım göstəriləcək. Bu, gömrükdə Bakıdan sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir. pic.twitter.com/VWdqTuSZeT
— Orkhan Mammadov (@MammadovOrkh) August 9, 2023