Son 5 ildə Azərbaycanda əməkhaqqı fondu 2 dəfədən çox artıb. Bu barədə Report 13 may tarixində xəbər verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə bildirib:
"Bu, əməkhaqlarının "ağardılması" istiqamətində görülmüş tədbirlərin nəticəsidir".
Onun sözlərinə görə, bu gün ölkədə hələ də işçinin maaşının müəyyən edilmiş minimum məbləğdən – 345 manatdan az göstərilməsi hallarına rast gəlinir.