Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammalın gömrük rüsumundan azad edildiyi tarix uzadılıb. Bu barədə Report 18 aprel tarixində xəbər verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunulmamış materiallarıın idxalının gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb.
Eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.