Yevlax Pilot Aqroparkında fərdi sahibkar Məhərrəm Əsgərov və "Balxurma" MMC-yə rezident statusu verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
Nazir qeyd edib ki, rezidentlər tərəfindən 61,1 hektar sahədə investisiya həcmi 640 min manat olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək.
Xatırladaq ki, Yevlax Pilot Aqroparkı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindədir.
Private entrepreneur Maharram Asgarov and Balkhurma LLC have acquired residency in the Yevlakh Pilot Agropark. The entrepreneurs will establish intensive orchards in an area of 61.1 hectares, with an #investment volume of 640,000 ₼. This initiative will create permanent jobs for… pic.twitter.com/RxESeiaSfV
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 26, 2023