Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub. İnsanoid APA-ya istinadən bu gün, 23 iyul tarixində xəbər verir.
Hadisə Binəqədi rayonu ərazisində - Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.
Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, A.Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
View this post on Instagram
10:49
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 23 iyul tarixində xəbər verir.
Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07:00 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.