Suraxanıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 11 iyul tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12 100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.