Bakının Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə 19 avqust tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Hadisə ilə bağlı polisə müraciət daxil olub. Cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.