Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Bu barədə Report 27 may tarixində xəbər verir.
Hadisə Binə qəsəbəsində baş verib.
54 yaşlı Polşa vətəndaşı Asen Asenov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı sol bazunun kəsilmiş-deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.