Avqustun 5-də səhər saatlarında Bərdə rayonunun Kələntərli kəndində 1991-ci il təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə 5 avqust tarixində Report məlumat verib.
Şübhəli bilinən, qadının qayını, 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.