Beyləqanda tanışlar arasında silahlı insident yaşanıb. Bu barədə 18 iyul tarixində APA məlumat verib.
Hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.
1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu 1981-ci il təvəllüdlü tanışı Cuvarlı Yusif Taryel oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun yaşadığı evin qarşısına gələrək ona istintaqa məlum olmayan silahla bir dəfə atəş açaraq, "sağ diz oynağının güllə yarası" xəsarəti yetirib.
Axundov Samir Ənvər oğlu şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.