“Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib”. Bu sözləri Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər: "Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil".
Elşad Hacıyev qeyd edib ki, avqustun 2-də müxtəlif kiberüsullarla ayrı-ayrı vətəndaşların 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Vətəndaşlara çağırış edirik ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, onlarla danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə, məlumatları verməyin, əks-halda pul vəsaitinizi itirəcəksiniz", – deyə Hacıyev bildirib.