top
Erməni separatçılarının işi məhkəməyə göndərilib
17 dekabr 2024, 03:41
- +

Erməni separatçılarının işi məhkəməyə göndərilib

Bakıda saxlanılan erməni separatçılarının cinayət işi məhkəməyə göndərilib.

Baş prokurorluqdan verilən məlumata görə, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

Qeyd olunub ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

"Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib", - məlumatda deyilir.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər