Gəncə şəhər sakinləri M.Namazov, E Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bu barədə 29 iyun tarixində Oxu.az məlumat verib.
Onlar mübahisə etdikləri bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atması nəticəsində xəsarət alıblar.
Araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq 1997-ci il təvəllüdlü həmyerlisi Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində M.Namazov və onun tanışları: 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.