Göyçayda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 8 iyul tarixində APA məlumat verib.
Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Göyçay sakini Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi müdaxilə olunan yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.